Papa qlobal istiləşmə təhlükəsindən narahatdır

Roma papası XVI Benedikt

Roma papası XVI Benedikt iyulun 13-də Avstraliyaya səfər edib. Vatikandan 20 saatlıq uçuşdan sonra onun təyyarəsi Darvin şəhərinə enib.


Benedikt Sidneydə üç gün istirahət edəcək və daha sonra katolik gənclərin ümumidünya günlərinə qatılacaq.


Səfər ərəfəsində Roma papası bəyan edib ki, o, həmçinin qlobal istiləşmə təhlükəsini qaldırmaq niyyətindədir.


Papa keçən il Braziliyaya səfər edib, bu ilin aprelində ABŞ-da olub. Sentyabrda isə onun Fransaya səfəri gözlənilir.