II ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib

Abituriyentlərdən 175-i əcnəbidir

İyulun 14-də II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçirilib.


II ixtisas qrupu üzrə 22 minə yaxın abituriyent ərizə verib. Onlardan 7.500-ü tələbə ola biləcək. Abituriyentlərdən 175-i əcnəbidir.


II ixtisas qrupu imtahanlarında iştirak etmiş abituriyentlərdən birinin 52 yaşı var.


İmtahanlar Bakıda və Naxçıvanda keçirilib.


İyunun 29-da III ixtisas qrupuna, iyulun 8-də isə I ixtisas qrupuna imtahanlar keçirilib.


IV qrup üzrə imtahanlar iyulun 20-də keçiriləcək. Builki imtahanlarda 116 mindən çox abituriyentin iştirak edəcəyi gözlənilir.