Altı ay ərzində qiymətlərin artımı 14%-i keçib

Cari ilin iyun ayında istehlak qiymətləri indeksi 100,1% təşkil edib. Bu barədə «Turan»a Dövlət Statistika Komitəsindən bildiriblər.
2008-ci ilin əvvəlindən inflyasiya 14%, illik kəsir isə (iyun 2008/iyun 2007) təxminən 25,4% olub.


Yanvar-iyun aylarında orta illik inflyasiya (2007-ci il yanvar-iyun aylarına nisbətdə) 20,2% təşkil edib. Bu, son 13 ildə ən yüksək göstəricidir.