«İrana hücum bütün planetə baha başa gələr»

«ABŞ-ın İrana hücumu bütün planetə baha başa gələr». Bunu Suriyanın prezidenti Bəşər əl-Əsəd Fransa radiolarından birinə müsahibəsində deyib.


Əl-Əsəd hazırda Fransadadır. O deyib ki, lazım gəlsə Tehranla danışıq aparacaq və hazırki böhranı müzakirə edəcək.


İranla Amerika arasında nüvə proqramıyla bağlı gərginlik artıb.