Qənərçay sakinlərinə kompensasiya veriləcək

Qusarın Qənərçay kənd sakinlərinə kompensasiya veriləcək. Bunu «Azadlıq» radiosuna Qusarın icra başçısının müavini Əlif Məmmədov deyib.


Qənərçayda sürüşmə nəticəsində bir neçə ev tamamilə dağılıb, bəzi evlər isə qəza vəziyyətindədir.