Türkiyənin Şırnak vilayətində kürd yaraqlılarına qarşı əməliyyat aparılıb. Hərbçilərin dediyinə görə, 20-dən çox yaraqlı öldürülüb.
Üç gündür davam edən əməliyyatda hava qüvvələrindən, vertolyotlardan, artilleriyadan istifadə olunub.
Hərbçilər tutulanlar arasında xüsusi təhlükəli PKK üzvünün də olduğunu deyirlər.