Rusiya Prokurorluğu çarın yeganə oğlu və bir qızının qalıqlarının tapıldığını təsdiqləyib.
Qalıqlar keçən il Yekaterinburq yaxınlığında tapılmışdı. Aparılan araşdırmalar - DNT nümunələri, dişlərin analizi qalıqların şahzadə Aleksey və Mariyaya məxsus olduğunu göstərib.
Çar II Nikolayın özünün, xanımı və qızlarının qalıqları isə çoxdan tapılıb, 98-ci ildə Sankt-Peterburqda dəfn olunub.
Rusiyada bu günlər çar ailəsinin qətlinin 90 illiyi qeyd olunur.
Sonuncu rus çarı II Nikolay və ailəsini 1918-ci ildə bolşeviklər güllələyib.