Bu ilin altı ayının yekunlarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının ümumi artımı 10,6 faiz olub. Bu barədə «Turan»a Kənd Təsərrüfatı naziri İsmət Abbasov bildirib.
Onun sözlərinə görə, bu il ölkədə 2 milyon 400 min ton taxıl yığılacağı gözlənilir. Ötən il 2 milyon 12 min ton taxıl yığılmışdı.