Amerikada demokratların namizədi Barak Obama seçkilər üçün yığdığı pulla respublikaçı Con MakKeyni üstələyib.
Ötən ay Obama seçki kampaniyasının ehtiyacları üçün 52 milyon dollar toplayıb. Bu isə MakKeynin vəsaitindən iki dəfə çoxdur.
Obamaya verilən pulların böyük hissəsini fərdi şəxslər internet vasitəsilə göndərib.