«Luvr»da islam mədəniyyətini əks etdirən xüsusi guşə yaradılır

Fransanın məşhur «Luvr» muzeyində islam mədəniyyətini əks etdirən xüsusi guşə yaradılır. Fransa prezidenti Nikolya Sarkozi artıq muzeyin yeni qalereyasının təməlini qoyub.


Üç min kvadrat metrlik qalereya 2010-cu ildə açılacaq və burada 7-19 –cu əsrlərin islam mədəniyyətinə məxsus eksponatlar nümayiş etdiriləcək.


Nikolya Sarkozi bu yeniliyi ərəb ölkələri ilə dostluğun simvolu adlandırıb.


Mətbuatda «hicab» adı almış layihə muzeyə 86 milyon avroya başa gələcək.