Azərbaycan idmançıları avqustun 6-da Pekinə yola düşəcək

Pekin Yay Olimpiya oyunları avqustun 8-də başlayır

Azərbaycan Pekin Yay Olimpiya oyunlarında 44 lisenziya ilə təmsil olunacaq. Əsas yığma komanda avqustun 6-da Pekinə yola düşəcək. Bu barədə Gənclər və İdman naziri Azad Rəhimov bildirib.

A.Rəhimov idmançıların əsasən güləş, boks, atçılıq və atıcılıq idman növlərində medallar qazanacağına ümid edir.
Nazimr deyib ki, Azərbaycan prezidentinin iyulun 28-29-da idmançıları qəbul edəcəyi gözlənilir.


Rəhimovun sözlərinə görə, olimpiya medalı qazanmış idmançılara və onların məşqçilərinə veriləcək pul mükafatlarının miqdarı təxminən iki dəfə artırılacaq. Bu ildən mükafatlar Azəbaycan manatı ilə veriləcək.


2004-cü ildə keçirilən Afina Yay Olimpiya oyunlarında Azərbaycan 38 idmançı ilə təmsil olunmuşdu. Həmin vaxt Azərbaycan idmançıları 1 qızıl, 4 gümüş medal qazanmışdı.


Afina Yay Olimpiya oyunlarında Azərbaycan 202 dövlət arasında medalların sayına görə, 37-ci yeri tutmuşdu.


Pekin Yay Olimpiya oyunları avqustun 8-də başlayır.