Azərbaycanının Xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Edvard Nalbandyanla avqustun 1-də görüşəcəklər.
Danışıqlar Moskvada keçiriləcək. Bu barədə jurnalistlərə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim məlumat verib.
O, bildirib ki, danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin «Madrid təklifləri» əsasında davam etdiriləcək.