Yeni Azərbaycan Partiyasının qurultayı olacaq

Avqustun əvvəlində hakim Yeni Azərbaycan Partiyasının (YAP) 4-cü qurultayı keçiriləcək. Bu barədə jurnalistlərə partiyanın icra katibi Əli Əhmədov məlumat verib. Onun sözlərinə görə, qurultay təşkilatın sədri İlham Əliyevin prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlıdır.