ABŞ prezidentliyinə Demokrat partiyasının namizəd Barak Obama Bağdada səfər edib. O, İraqın baş naziri Nuri əl Maliki və ABŞ-ın İraqdakı qüvvələrinin komandanı general Devid Petrausla görüşüb.
Obama bildirib ki, o, noyabrda keçiriləcək seçkilərdə prezident seçilərsə, 16 ay ərzində ABŞ qoşunların İraqdan çıxarılmasına başlanacaq.
Bu həftə Obama həmçinin İordaniya, İsrail, Almaniya, Fransa və Britaniyaya da səfər edəcək. Obamanın bu xarici səfərləri Respublikaçı opponentlərinin onun xarici siyasətdə təcrübəsizliyi barədə tənqidlərindən sonra gerçəkləşir.
Obama bundan əvvəl də Əfqanıstan prezidenti Həmid Kərzayi ilə görüşərək terrorizm, korrupsiya və qanunsuz narkotik alverini müzakirə edib.