«Dalğa» jurnalistlərə kömək edir

Dalğa Gənclər Hərəkatı Milli Mətbuat Günü ilə bağlı aksiya keçirir. Bu dəfə «Dalğa»çılar mətbuata yardım etmək qərarına gəliblər. Onlar iyulun 22-də həm iqtidar, həm müxalifət, həm də müstəqil media strukturlarının redaksiyalarına gedib, jurnalistlərin işinə köməklərini təklif edirlər.


Hərəkat üzvləri «Azadlıq», «BBC» radioları, «Yeni Müsavat», «Yeni Azərbaycan», «Azadlıq», «Exo», «Zerkalo» və «525-ci» qəzetlərin, «Media forum», «Turan», «APA», «Trend» agentliklərinin redaksiyalarına paylanıblar.