Hərbi hissəyə hücum zamanı 14 əsgər öldürülüb

Əlcəzairdə islamçı yaraqlıların hücumu nəticəsində azı 14 hərbçi öldürülüb.

Əl Vətən qəzetinin yazdığına görə,hücum Azazqa kəndindəki hərbi hissəyə edilib.

Həmin vaxt ölkə prezidenti Abdelaziz Buteflika televiziyayla çıxış edirmiş.

Qeyd edək ki, prezident ölkə konstitusiyasının yenilənəcəyini və demokratik islahatlar aparılacağını vəd edib.