Əfqanıstanda 3 NATO əsgəri ölüb

Əfqanıstanın cənubunda yolda baş vermiş 2 partlayışda 3 NATO əsgəri ölüb.

Bu barədə beynəlxalq qüvvələrin komandanlığı xəbər verir.

Hadisə şənbə günü baş verib, dinc sakinlər arasında itki yoxdur.

Həmçinin dünən intiharçının Calalabad şəhərindəki hərbi bazada özünü partlatması nəticəsində 5 NATO və 4 Əfq1anıstan əsgəri ölüb.

Bu hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.