Britaniya Liviyaya qoşun göndərmək fikrində deyil

Böyük Britaniyanın baş naziri David Cameron Britaniya ordusunun Liviyada quru əməliyyatlarında iştirakının mümkünlüyünü istisna edib.

O Sky News televiziya kanalına müsahibəsində qeyd edib ki, beynəlxalq kolaisiya BMT-nin təhlükəsizlik şurasının Liviyayla bağlı qəbul etdiyi qətnamədən kənara çıxmayacaq.

Baş nazir Liviyaya soxulmaq və ya onun işxal edilməsinin yolverilməz olduğunu bildirib.

O eyni zamanda mühasirədə olan Misrata şəhərinin sakinlərinə təcili yardım etməyə və muammar Gaddafini istefa verməyə çağırıb.

Hazırda Misrata və Əcdabiyə şəhərləri uğrunda döyüşlər gedir.