Nigeriya seçkilərində indiki prezident liderdir

Nigeriya prezidenti Gudlak Jonatan ölkədə keçirilən prezident seçkilərində 22 milyon seçicinin səsini qazanıb. Onun rəqibi Məhəmməd Buxari isə 11 milyon nigeriyalını səsini yığa bilib.

İndiki prezidenti Nigeriyanın cənubundakı xristian seçicilər, rəqibini isə şimalda yaşayan müsəlmanlar müdafiə edib.

Müşahidəçilərin fikrincə, seçkidə bir çox qanunsuzluqlar olub, bütövlükdə isə demokratik keçirilib.