BMT-nin baş katibi Liviyada münaqişənin siyasi yolla həllinə çağırıb

Liviyada Muammar Gaddafinin qoşunları Misurata şəhərini atəşə tutmaqda davam edib. Üsyançıların məlumatına görə, gün ərzində 17 nəfər həlak olub, onlarla adam yaralanıb.

Ajdabiya şəhərində də qızğın döyüşlər gedir. Ajdabiya neft şəhəri olan Bregaya gedən yolda yerləşir.

Bu arada NATO qüvvələr də Gaddafi qüvvələrinə hava zərbələri endirir. Qurbanlar arasında dinc sakinlər də var.

Bu gün BMT-nin baş katibi Ban ki-Mun təcili Liviyada atəşə son qoyulmasına, münaqişənin siyasi yolla həllinə çağırıb.