Avropa Birliyi Çernobl proqramlarına 110 milyon avro söz verir

Avropa Birliyi Çernobl qəzasının nəticələrinin aradan qaldırılmasına dair proqramların icrası üçün əlavə 110 milyon avro verməyə hazır olduğunu deyir. Bu barədə Avropa Komissiyasının sədri Jose Manuel Barroso aprelin 19-da Çernobl proqramlarına 740 milyon avro pul verilməsinə dair donor ölkələrin toplantısından əvvəl bəyan edib.

Bu büdcə Çernibl atom elektrik stansiyasında 1986-cı il aprelin 26-da baş vermiş qəzadan yaranan tullantıların məhv edilməsi üçün lazımdır.