17 aprel məhbusunun şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın aprelin 17-də keçirdiyi aksiya zamanı saxlanmış Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbasın apellyasiya şikayətinə baxılıb.

Vəkil Əshabəli Mustafayevin verdiyi məlumata görə, F. Abbasın şikayəti təmin olunmayıb.

Aprelin 21-də AXCP sədrinin müavini Gözəl Bayramlının da apelyasiya şikayətinə baxılmalı idi. Lakin məlum olub ki, onun işindən verilən şikayət Bakı Apellyasiya Məhkəməsinə göndərilməyib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə F. Abbas 7, G. Bayramlı isə 5 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.