Komitə sədri: «Gərək o ana uşağı mitinqə gətirməyəydi»

Hicran Hüseynova

«Gərək o qadının ana kimi bir az məsuliyyəti olaydı ki, o uşağı mitinqə gətirməyəydi».

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 17 aprel aksiyası zamanı 5 yaşlı qız və onun anasının saxlanması xəbərinə münasibət bildirərkən deyib.

«Məndə bir şübhə yaranır ki, o ana bunu bilərəkdən edib ki, çəkəcəklər, yayacaqlar, baxın bu uşaq belə bir vəziyyətdədir».

H. Hüseynova deyib ki, uşağa qarşı ola biləcək hər hansı təhlükənin qarşısı alınmalı idi və polis də bunu edib:

«Razılaşdırılmamış aksiya zamanı qadın və həmin azyaşlı uşağın təhlükəsizliyinin təmin edilməsi üçün onlar ərazidən uzaqlaşdırılıblar. Onların polis idarəsinə aparılıb saxlanması haqda informasiyalar düzgün deyil».

17 aprel aksiyasında AXCP sədrinin müavini Gözəl Bayramlı saxlanaraq 5 sutka həbs cəzası alıb. Komitə sədri isə deyir ki, o, bu məsələdən xəbərsizdir.