Madriddə ateistlərin yürüşü qadağan edilib

Madrid məhkəməsi bu həftə ateistlərin şəhərdə yürüş keçirməsinə qoyulmuş qadağanı təsdiqləyib.

Şəhər hakimiyyəti hesab edir ki, yürüş dini Psxa bayramıyla bağlı keçiriləcək tədbirlərlə üst-üstə düşdüyündən dindarlarla ateistlər arasında qarşıdurma yarana bilər.

Qadağanın demokratik prinsiplərə zidd olduğunu deyən təşkilatçılar bildiriblər ki, bu İspaniyada kilsəylə dövlət arasında ayrılıq olmadığını göstərir.