Pakistanda təhlükəsizlik xidmətinin 14 əməkdaşı öldürülüb

Pakistanın şimal-qərbində talibançıların hərbi məntəqəyə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 14 əməkdaşı ölüb.

Bu barədə Pakistan rəsmiləri xəbər verirlər.

Bu məntəqə Əfqanıstan sərhədinin yaxınlığında yerləşir.

Başqa bir məlumata görə isə ABŞ-ın pilotsuz təyyarəsinin Şimali Vəziristan əyalətində yaraqlıların cəmləşdiyi evi vurması nəticəsində 22 adam ölüb.

Bu bölgə Əl Qaidə və talibaçıların əsas dayaq məntəqəsi hesab olunur.