Azərbaycan ordusunun giziri yaralanıb

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun daha bir hərbçisi yaralanıb. Hadisə cəbhənin Ağdam rayonu istiqamətində baş verib.

1982-ci il təvəllüdlü gizir Anar Süleymanov hospitala götürülüb.

Azərbaycanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.