Külək Xəzərdə gəmilərin hərəkətini əngəlləyib

Dənizdə dalğaların hündürlüyü 7 metrədək qalxdığından, gəmilər lövbər salmalı olub.

Nəticədə Azərbaycan Dövlət Dəniz Administrasiyası gəmilərin dənizə çıxmasına qadağa qoyub.

Hazırda açıq dənizdə respublikanın müxtəlif qurumlarına aid 80-dən artıq gəmi var. Amma onlar təhlükəsiz yerlərdə lövbər salaraq, havanın sakitləşməsini gözləyirlər.

Bu barədə ANS PRESS Dövlət Dəniz Administrasiyasının şöbə müdiri Ehtiram Rəhimova istinadla xəbər verir.