Obama Suriyada zorakılığa dərhal son qoymağa çağırır

Şahidlər paytaxt Dəməşq yaxınlığında dəfn mərasiminə evlərin damından atəş açıldığını və azı beş nəfərin həlak olduğunu bildirirlər. Həlkəlik müstəqil mənbələrdən təsdiq edilməyən başqa məlumatlara görə Ezreh şəhərində də dəfn mərasimi iştitakçıları atəşə tutulub, azı iki nəfər həlak olub.

****

ABŞ prezidenti Barak Obama bildirir ki, Suriyada etiraz askiyalarına qarşı zorakılığa dərhal son qoyulmalıdır.

Bu ölkədə prezident Bəşər əl-Əsədin istefası tələbilə keçirilən ötən cümə günü keçirilən etiraz askiyalarına təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində 90 nəfər həlak olub.

Aprelin 23-də həlak olnalar dəfn ediləcəklər. İnsan haqları fəalları dəfn mərasimlərindən dərhal sonra daha geniş etiraz askiyalarının keçiriləcəyini deyirlər.

Obama Əsədi İrandan kömək ummaqda ittiham edərək onun Suriyada 10 illərlə davam etmiş fövqəladə vəziyyət rejimini aradan qaldırmasının da ciddi önəminin olmadığını deyib.