Astarada İctimai Palatanın şöbəsi yaradılıb

İctimai palatanın şöbəsinə Müsavat, AXCP, KXCP Astara rayon təşiklatların nümayəndələri,bitərəflər və ziyalılar üzv olublar. İctimai palatanın Astara rayon şöbəsi bəyanat da qəbul edib. Bəyanatda yeni parlament seçkisinin keçirilməsi, aprel mitinqlərində həbs edilənlərin və jurnalist Eynulla Fətullayevin azad edilməsi tələb olunur.

İctimai palatanın üzvləri ölkə prezidentinin aprelin 15-də Astraya səfər edərkən geniş xalq kütlələri ilə görüşməməsinə də mənfi münasibət bildiriblər.

Cəlilabad, Masallı, Lənkəran rayonlarında da İctimai palatanın yerli şöbələri fəaliyyət göstərir.