Dağıstanda polis öldürülüb

Dağıstanın Xasavyurt rayonunda yaralanmış polis ölüb.

Polis serjantı bazar günü gecə hücum nəticəsində güllələnmişdi. O post-patrul xidmətində olarkən kiçik avtomaşından bir nəfər ona atəş açmışdı.

Hücum edənin axtarışı davam etdirilir.