İtaliya polisi təyyarəni qaçırmaq istəyənin ruhi xəstə olduğunu bildirir

İtaliya polisi Parisdən Romaya uçan təyyarəni qaçırmağa cəhd edən adamın terror təşkilatları ilə heç bir əlaqəsi olmadığını, onun əqli problemlərdən əziyyət çəkdiyini bildirir.

Bazar günü axşam əslən qazax olan 48 yaşlı Valeri Tolmaşev təyyarə heyətini bıçaqla hədələyərək Romaya yox, Liviya paytaxtı Tripoliyə uçmağı tələb etmişdi. O, sərnişinlərin köməyi ilə zərərsizləşdiriləndən sonra təyyarə saö-salamat yerə enmişdi.

İtaliya polisinin məlumatına görə Valeri Tolmaşev əvvəllər Qazaxıstanın UNESCO-dakı nümayəndəliyində çalışıb. İki uşaq atasıdır. Bundan əvvəl heç vaxt Romada olmayıb. Ailəsi isə hazırda parisdə yaşayır.

İtaliya polisi ruhi problemləri olan bu adamı 131 nəfərin olduğu təyyarəni qaçırmağa cəhddə ittiham edir.