İordaniya məhkəməsi danimarkalı karikaturaçıya qarşı prosesə başlayır

Aprelin 25-də İordaniyada Danimarka karikaturaçısı Kurt Westergaard üzərində qiyabi məhkəmə prosesinə başlayıb. 2005-ci ildə Məhmməd peyğəmbərin karikaturasını çəkməklə islam dünyasında qəzəbə səbəb olmuş Kurt Westergaard İordaniyada küfr etməkdə ittiham edilir. Bu ittihamla onu qiyabi də olsa, ölüm hökmü gözləyə bilər.