2 aprel aksiyasının daha bir iştirakçısı saxlanıb

İctimai Palatanın aprelin 2-də keçirdiyi etiraz aksiyasında iştirak etmiş Elnur İsrafilov aprelin 25-də Səbail rayon Polis İdarəsinə gətirilib. Aprelin 26-da onunla görüşmək istəyən vəkili Yalçın İmanova görüş verməyiblər.

Vəkil AzadlıqRadiosuna bildirib ki, müdafiə etdiyi şəxsin Səbail rayon Polis İdarəsində saxlandıqlarını təsdiq etsələr də, heç bir səbəb göstərmədən onunla görüşə icazə verməyiblər:

«Bu da müdafiə hüququnun kobud şəkildə pozulmasıdır», - deyə vəkil bildirib.

Səbail rayon Polis İdarəsindən isə Elnur İsrafilovun saxlanıb-saxlanmaması haqqında məlumat verə bilməyəcəklərini bildirdilər.