ABŞ miqrantlara sığınacaq verilməsi ilə bağlı yeni qayda tətbiq edir

Orta Asiyadan olan miqrantlar sərhəddən ABŞ-a baxırlar.

ABŞ-ın ədliyyə və daxili təhlükəsizlik nazirlikləri miqrantlara sığınacaq verilməsi ilə bağlı yeni qayda tətbiq etmək razılığına gəliblər.

Yeni qaydaya əsasən başqa-yəni 3-cü ölkədən keçərək ölkənin cənub sərhədinə gələn miqrantlara rədd cavabı veriləcək.

Bu dəyişiklik artıq iyulun 16-dan qüvvəyə minməlidir.

“Mərkəzi Amerika və Meksikadan keçən miqrantların çoxu həmin ölkələrdən sığınacaq istəmirlər, çünki ABŞ-da yaşamaq istəyirlər”, sənəddə deyilir.

ABŞ Ədliyyə nazirliyinin məlumatına götə, 2018-ci ildə miqrasiya məhkəmələrinə sığınacaq almaqla bağlı 162 mindən çox ərizə daxil olub.

Bu 5 il əvvəllə müqaisədə 270 faiz çoxdur. Hazırda məhkəmələrdə sığınacaq almaqla bağlı 400 mindən çox işə baxılır.

ABŞ-ın miqrasiya və gömrük polisi iyulun 14-də qanunsuz miqrantları tutmaq üçün bütün ölkə boyu reydlər keçiriblər.

Qeyd edək ki, qanunsuz miqrantlara qarşı mübarizə ABŞ prezidenti Donald Trump-ın seçkiqabağı əsas vədlərindən biri idi.

Buna da bax: Trump sərhədə divar çəkilməsini əngəlləyən qərardan şikayət verəcək