ABŞ-ın Ohayo ştatında törədilən atışmada 9 nəfər ölüb, azı 24 nəfərsə xəsarət alıb. Reutesin məlumatına görə, insident avqustun 4-də baş verib.
Bu son 24 saat ərzində ABŞ-da törədilən ikinci kütləvi qətldir.
Deyton polisi özünün Tvitter səhifəsində hücum edən şübhəlinin öldürüldüyünü xəbər verir.
Hücum, adətən dolu olan bar və gecə klublarının yerləşdiyi küçədə törədilib.
Hələlik insidentin motivi və hücum edənin kimliyi barədə məlumat verilmir.
Bundan əvvəl Texaş ştatındakı supermarketdə törədilən hücumda isə azı 20 nəfər ölüb,20-dən çox adamsa yaralanıb.
Həmin hücumun irqçilik zəmnində törədildiyi güman edilir.
Buna da bax: Texasda törədilən silahlı hücumda azı 20 nəfər ölüb