ABŞ-da sinaqoqa edilmiş hücumda azı 11 nəfər ölüb

Pittsburqdakı sinaqoq.

ABŞ-ın Pittsburq şəhərində sinaqoqa edilmiş silahlı hücum nəticəsində 11 nəfər ölüb, 6 nəfərsə xəsarət alıb.

Reutersin məlumatına görə, ölənlərdən 4-ü polislərdir.

Hücumu şənbə günü-ibadət vaxtı Robert Bouers adlı ağ dərili yaraqlı törədib.

Onun 46 yaşında olduğu bildirilir.

Reutersin məlumatına görə, Bouers hazırda həbsdədir və ona qarşı 26 maddə ilə ittiham irəli sürülüb.

Məlumata görə, o atəş aça-aça, “bütün yəhudilər ölməlidir” sözlərini qışqırırmış.

Federal Təhqiqat Bürosunun Pittsbur şöbəsinin nümayəndəsiBob Cons bildirib ki,o hücumu təkbaşına törədib, hücum vaxtı üstündə tüfəng və 3 tapanca olub.

Reutersin məlumatına görə Bouers internetdə antisemit postlar yerləşdirirmiş.

Baş prokurorluq bildirib ki, həmin maddələrlə ona ölüm hökmü də kəsilə bilər.

Prezident Donald Trump da ona ən ağır cəza verilməsini istəyib və bu hücumu barbarcasına cinayət adlandırıb.

Prezident eyni zamanda qeyd edib ki, sinqaoqda mühavizə olsaydı, itkilərdən qaçmaq olardı.

Bu ABŞ-ın tarixində yəhidi cəmiyyətinə edilmiş ən böyük hücum hesab olunur.