ABŞ prezidentliyinə namizədlərin ikinci debatı da sərt ittihamlarla yadda qalıb.
Respublikaçıların namizədi Donald Trump prezident seçilərsə, rəqibi Hillary Clinton-u həbsə atdıracağına söz verib. Trump-ı qəzəbləndirən onun qadınlar haqda iyrənc fikirlər söylədiyi videoyazının yayılması və rəqibinin debatda bu videodan danışması olub. Trump bildirib ki, lent yazısında səslənənlər bağlı qapı arxasında danışılanlardır və o öz dedikləriylə heç də öyünmür. Trump Clinton-un həyat yoldaşı—ABŞ-ın keçmiş prezidenti Bill Clinton-un ondan da uzağa getdiyini, qadınlarla nalayiq davranışlarına görə ittiham olunduğunu xatırladıb: «Mən söz demişəm, Bill Clinton isə hərəkət edib».
Demokratların namizədi Hillary Clinton videoyazının Trump-ın Ağ Evə yaramadığını göstərdiyini deyib.
Hillary Clinton Suriyada baş verənlərin Rusiyanın günahı olduğunu deyib. O, həm də Rusiyanın ABŞ-a haker hücumlarını davam etdirdiyini, rusların seçki sənədlərinə müdaxilə edərək Trump-ın qələbə çalmasına çalışdıqlarını bildirib. Bir az əvvəl Obama administrasiyası da ilk dəfə olaraq hiber-hücumlara görə Kremli qınayıb.
Prezidentliyə namizədlərin üçüncü—sonuncu debatı oktyabrın 19-a planlanıb. ABŞ-da prezident seçkilərinoyabrın 8-də keçiriləcək.