ABŞ yaxın günlərdə Türkiyəyə qarşı sanksiyalar paketi qəbul edəcək.
Bu barədə iyulun 14-də “Bloomberg” öz mənbələrinə istinadla məlumat yayıb.
Buna səbəb, Türkiyənin Rusiyadan S-400 hava hücumlarından müdafiə sistemi almasıdır.
Mənbələrin məlumatına görə, prezident Donald Trump-ın müşavirlər komandası Türkiyəyə qarşı 3 sanksiyalar paketinə baxıb.
Amma onların məhz hansı tədbirlər üzərində dayandıqları hələlik açıqlanmır.
Hazırda plan prezident Donald Trump-ın təsdiqini gözləyir.
ABŞ-la yanaşı NATO üzvü olan Türkiyə, iyulun 12-də Rusiyadan ilk S-400 raket sistemi alıb.
Buna da bax: S-400-ün ilk hissələri iyulun 12-də Ankaraya ‘çatdırılıb’
Rusiya ilə Türkiyə bu müqaviləni 2017-ci ildə imzalayıblar. Sövdələşmənin dəyəri 2,5 milyard dollardır.
ABŞ buna görə Türkiyəyə 5-ci nəsl F-35 qırıcı təyyarələrinin satışını dayandırıb.
Amma Türkiyə prezidenti Racep Tayyip Erdogan Ankaranın bu təyyarələri almaqda hələ də maraqlı olduğunu bildirir.
Amma deyir ki, S-400 raket sistemləri ölkənin milli təhlükəsizlik məsələsi olduğundan bu sövdələşmədən vaz keçməyəcək.
ABŞ və NATO bundan əvvəl dəfələrlə deyirlər ki, Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi F-35 təyyarələri barədə məxfi informasiyalar əldə edə bilər . Bundan başqa həmin kompleksləri NATO ordusuna uzlaşdırmaq mümkün deyil.
Türkiyə prezidenti Racep Tayyip Erdogansa dəfələrlə bəyan edib ki, Ankara Rusiya ilə sövdələşmədən imtina etməyəcək.
Son vaxtlar ABŞ-la Türkiyə arasındakı münasibətlərin gərginləşdiyi müşahidə olunur.