ABŞ ATƏT-in müşahidə missiyasının tənqidi bəyanatını dəstəkləyir

Sizin brauzer HTML5-i dəstəkləmir

ATƏT-in konfransında qalmaqal

“Amerika Birləşmiş Ştatları (ABŞ)prezident İlham Əliyev və Azərbaycan xalqı ilə demokratiya, insan haqları, fundamental azadlıqlara hörmət, iqtisadi islahatlara, firavanlığa dəstək, terrorizimlə mübarizə kimi məsələlər də daxil olmaqla müxtəlif sahələrdə işləməyə hazırdır”.

ABŞ-ın ATƏT-dəki Missiyasının Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərinə dair bəyanatında belə yazılır.

ABŞ-ın Azərbaycandakı səfriliyinin məlumatında bildirilir ki, bəyanat müvəqqəti işlər vəkili Harri Kamian tərəfindən təqdim olunub.

Sənəddə həmçinin bildirilir ki, ABŞ ATƏT-in seçkilərin müşahidəsi ilə bağlı bəyan olunan ilkin qiymətləndirməsi ilə razıdır.

“İlkin hesabat məhdud siyasi mühit, fundamental prinsiplərin məhdudlaşdırılması, və rəqabət şəraitinin olmaması kimi bir sıra nöqsanları qeyd edib. Seçkilərin təşkilatı baxımdan yaxşı təşkil və təmin olunduğu vaxtda ATƏT-in müşahidəçiləri seçki prosesininin geniş şəkildə pozulması hallarını, şffaflığın olmamasını və seçki bulletenlərinin saxtalaşdırılması kimi çoxsaylı ciddi pozuntuları qeyd ediblər”.

Bəyanatda Azərbaycan hökuməti problemləri aradan qaldırmağa dəvət olunur.

Sizin brauzer HTML5-i dəstəkləmir

11 aprel prezident seçkilərində olanlar [Yekun video]

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki prezident İlham Əliyevin istəyindən asılı olaraq 6 ay önə çəkilib.

Aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

Aprelin 17-də Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiq edib. İ.Əliyev növbəti 7 il müddətində Azərbaycanın prezidenti seçilmiş hesab olunub.

Bir sıra müxalif qüvvələr seçkinin nəticəsini tanımır. Onlar seçkinin rəqabətsiz mühitdə, kütləvi pozuntularla keçdiyini bəyan ediblər.

Hərçənd, seçkidə uduzan 7 namizəd onun nəticəsini tanımadıqları ilə bağlı hər hansı açıqlama dilə gətirməyiblər.

ATƏT-in haqqında bəhs edilən müşahidə missiyasının ilikn hesabatında isə seçkinin azadlıqların məhdudlaşdırılması şəraitində keçdiyi bildirilirdi.Hesabatda vurğulanırdı ki, seçki günü topa bülletnlər qutulara atılıb.