Birləşmiş Ştatların Moskvadakı səfiri Con Sallivan deyir ki, iki ölkənin “yaxın gələcəkdə” münasibətlərini daha məhsuldar etməsi mümkün görünmür.
Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan ABŞ-la münasibətlər Soyuq Müharibədən sonra ən aşağı həddə enib, ABŞ və Aİ Rusiyaya bir neçə raund sanksiya açıqlayıb.
Rusiya Prezidenti Vladimir Putin işğalı ölkəsinin tarixində dönüş nöqtəsi, ABŞ-ın hegemonluğuna qarşı qiyam adlandırıb. Putin 1991-ci ildə Sovet İttifaqının çöküşündən sonra ABŞ-ın Rusiyanı alçaltdığını deyir.
Buna da bax: Lavrov Serbiyaya gedə bilmədi“Münasibət əvvəlki kimi olmayacaq”
“Rusiya və ABŞ-ın heç vaxt daha məhsuldar münasibəti olmayacağını deməyə tərəddüd edirəm. Bunun nə qədər çəkəcəyini deyə bilmirəm. İndiki atmosferdə bu baş vermir... Mənim ömrüm bunu görməyə yetməyəcək”, – Sallivan iyunun 6-da TASS xəbər agentliyinə müsahibəsində vurğulayıb. O əlavə edib ki, “Prezident Co Bayden ABŞ-ın mövqeyini çox aydın ifadə edib: Rusiya ilə münasibət əvvəlki kimi olmayacaq”.
“Hər iki tərəfin, eləcə də Rusiyanın əsas müzakirə mövzusu o idi ki, post-Soyuq müharibə erasında ABŞ-Rusiya münasibətləri aşağı həddə yuvarlanıb”, – o vurğulayıb.
Buna da bax: Müharibəyə qarşı çıxan bir neçə min rusiyalı...
ABŞ və Rusiya bir-birinə qarşılıqlı sanksiyalar açıqlayanda və diplomatları çıxaranda Sallivan da ölkəsinə çağırılıb, iki ay sonra – 2021-ci ilin iyununda Moskvaya qayıdıb.
Sallivan deyir ki, münasibətlərdə böhrana baxmayaraq Rusiya Moskvadakı ABŞ səfirliyini bağlamamalıdır, dialoqun davam etməsindən ötrü kanallar açıq qalmalıdır.
“Bir-birimizlə danışmaq qabiliyyətimizi saxlamalıyıq”, – deyən Sallivan əlavə edib ki, dünyanın iki ən böyük nüvə ölkəsinin bir-birinin səfirliklərini bağlaması “səhv addım olar”.