Dekabrın 1-dək Birləşmiş Ştatlarda COVID-19-dan daha 100 min nəfər dünyasını dəyişə bilər. Ölkədə artıq dördüncü dalğa başlanıb, delta ştammı yoluxmaları sürətlə artırmaqdadır.
Buna da bax: 4203 gündəlik yoluxma aşkarlanıb, 35 ölüm
Ümumi ölü sayı 730 minə çata bilər
Proqnoz avqustun 26-da Vaşinqton Universitetinin çox izlənən hesablama modellərinə əsasən açıqlanıb. Hazırda koronavirusdan gündəlik ölüm 1100 civarındadır ki, bu səviyyə martın ortasından bəri qeydə alınmayıb. Belə davam edərsə, dekabradək Birləşmiş Ştatlarda pandemiya qurbanlarının ümumi sayı 730 minə çata bilər.
Hazırda ölkədə COVID-19-la bağlı 100 mindən çox insan xəstəxanada yatır. Bu, yanvardan bəri pandemiyanın ölkədə qeydə alınan ən pis dönəmidir.
Gündəlik aşkarlanan yoluxmalar 150 minə çatır. Ölkənin bəzi yerlərində məktəblər açılıb və uşaqlar arasında yoluxmalarda artım narahatlıq yaradır.
Əhalinin 52 faizi tam peyvəndlənib, 61 faizinə isə azı bir doza vurulub.
Buna da bax: Çin pandemiyanın mənşəyinə görə ABŞ-ı tənqid edir
Vaksin xəbərləri
Bu arada Rusiyada gündəlik rekord ölü sayı aşkarlanıb – 820 nəfər vəfat edib. Ölkədə eyni zamanda koronavirusa qarşı “Epivaccorona-N” adlı beşinci vaksin qeydiyyata alınıb.
Dünya Səhiyyə Təşkilatı (DST) isə ayın sonunadək əsasən Afrika və Asiyada 100 milyon doza Sinovac və Sinopharm vaksinləri göndərəcək. Xəbəri “Reuters” yayıb.
Bu göndərişlər qlobal COVAX vaksin paylaşımı proqramına töhfə vermiş olacaq. Proqram təchizat problemləri, Hindistanın tətbiq etdiyi ixrac məhdudiyyətləri ilə üzləşib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Amma ölkələrin heç də hamısı Çin vaksini istəmir. Birləşmiş Ştatlar və Avropa bu vaksinləri təsdiqləməyib.
Pfizer və BioNTech şirkətləri isə Braziliyanın “Eurofarma” farmaseptik şirkətilə əməkdaşlıq edərək gələn ildən Latın Amerikasına 100 milyon doza vaksin göndərəcəklər.