Birləşmiş Ştatlar dekarın 12-də Moskvanın Ukraynaya qarşı müharibəsinə görə Rusiyanın 250-dən çox şəxs və şirkətini “qara siyahıya” salıb.
Bu da xəbər verilir ki, sanksiyalardan məqsəd Rusiyanın Ukraynada müharibə aparmaq imkanlarının məhdudlaşdırılmasıdır.
ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentinin sanksiya siyahısına Meqafon şirkətinin keçmiş başçısı İvan Tavrin və onun Kismet firması, habelə iş adamı İvan Sviblov və onunla bağlı Fortiana Holdings Limited şirkəti daxil edilib.
Buna da bax: Rusiyada AzadlıqRadiosu müxbirinə daha bir cinayət işi açılıbTürkiyə şirkətləri də hədəflənib
Sanksiya siyahısına salınan digər vahidlərdən biri də biznesmen İqor Kimə məxsus Ekspobankdır.
Ekspobankdan bildiriblər ki, qurum bu tədbirə hazır idi və buna görə də sanksiyalar onun işinə təsir göstərməyəcək.
Sanksiya siyahısına habelə ticarət sahələrinin icarəyə verilməsi və mehmanxana sferalarındakı “Kiyevskaya ploşad” salınıb.
Bu şirkətə Moskvadakı “Yevropeyskiy” ticarət mərkəzi, Radisson Collection Moscow oteli, Fud Siti ticarət kompleksi, Depo Lesnaya yeyinti bazası və Mərkəzi bazar daxildir.
ABŞ-ın məhdudiyyət tədbirləri təkcə Rusiyanın fiziki şəxs və şirkətlərini deyil, həm də Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindəki qurumları hədəfləyib.
Bu ölkələrin şirkətlərinə qarşı sanksiyalar onların Rusiyaya sanksiyalardan yan keçməkdə kömək etmələri ilə bağlı qoyulub.
Buna da bax: 'Əbədi məşəl'i söndürən əcnəbi uşaqları Rusiyadan deportasiya edəcəklər“Putinin hərbi maşını”
ABŞ Maliyyə Nazirliyi bildirir ki, sanksiyalardan məqsəd Rusiyanın enerji potensialına, banklarına, metallurgiya və dağ-mədən sənayelərinə təsir göstərməkdir.
ABŞ maliyyə naziri Canet Yellen deyib ki, Rusiya məqsədyönlü şəkildə sənayesini hərbi relslər üzərinə keçirir, “amma Putinin hərbi maşını” təkcə daxili istehsalat sayəsində salamat qala bilməz.
Nazir vurğulayıb ki, son sanksiyalar məhz buna görə də Rusiyaya dəstək verən üçüncü ölkələri hədəfləyir.
ABŞ dövlət katibi Antoni Blinken bu barədə deyib:
"Biz imkanımızda olan bütün alətlərlərdən Rusiyanın Ukraynadakı cinayətlərinə görə məsul olanlara, Rusiyanın hərbi maşınına dəstək verənlərə qarşı istifadə edəcəyik”.
Şərhçilər bildirirlər ki, ABŞ-ın Rusiyaya qarşı sansksiyaları Ukrayna prezidenti Volodimir Zelenskinin Birləşmiş Ştatlara səfəri ilə eyni vaxta təsadüf edir.
Bu da xəbər verilir ki, dekabrın 12-də Rusiyaya qarşı Kanada da yeni sanksiyalar elan edib.