ABŞ Rusiyadan Almaniyaya çəkilən qaz kəmərini əngəlləməyə çalışır

ABŞ Senatı və Nümayəndələr Palatası Rusiyadan Almaniyaya çəkilən qaz kəmərinə sanksiyalar təyin edən qanunun Milli Müdafiə Aktına daxil edilməsi barədə razılığa gəlib.

Beləliklə bu qaz kəmərinin çəkilişinə blok qoyulması imkanı yaranıb.

Beləliklə yeni qanunvericilik təşəbbüsü əsasında ümumi dəyəri 11 milyard dollar olan ŞimalAxını2 layihəsində işləyən xarici şirkətlərə ağır sanksiyalar qoyula bilər.

Millət vəkilləri deyiblər ki, Rusiya Ukraynadan yan keçən bu kəməri tikməklə yanaşı, həm də Avropanın özündən qaz asılılığını artırır.

ŞimalAxını2 kəməri Baltik dənizinin altından keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmentr qaz nəql etməlidir.

Bu kəmər tikintisinin artıq 80 faizi yerinə yetirilib və o gələn ilin əvvəllərində istifadəyə verilməlidir.

Bu qanun layihəsinin müəlliflərindən biri olan senator Ted Cruz deyib ki, dəniz dərinliyində kəmər çəkə bilən çox az şirkət var və onlardan heç biri Rusiya şirkəti deyil.

Buna da bax: Konqresə Avropanın Rusiyadan enerji asılılığına qarşı sənəd təqdim edilib

Senatorun sözlərinə görə bu o deməkdir ki, sözü gedən xarici şirkətlərə sanksiyalar qoyularsa, ŞimalAxını2 layihəsi başa çatdırılmaya bilər.

Ukrayna öz ərazisindən yan keçən qaz kəmərlərinə qarşı çıxır, çünki ölkə tranzit haqlarından hər il 2 milyard dollar qazanır.

Birləşmiş Ştatalar əvvəllər də Rusiyadan Avropaya enerji nəql edən kəmərlərin çəkilişinə mane olmağa çalışıb, lakin bu işdə uğur qazana bilməyib.

ABŞ Müdafiə Qanunu habelə Ukraynanın Təhlükəsizliyi Təşəbbüsünə 300 milyon dollar ayrılmasını nəzərdə tutur.