İyunun 17-dә Gürcüstanda saxlanan ictimai fәal Avtandil Mәmmәdov dünәn, iyunun 25-dә azadlığa buraxılıb.
Avtandil Mәmmәdov bildirib ki, Azәrbaycanda onun haqqında Cinayət Məcəlləsinin 178-ci (dәlәduzluq) maddәsi ilә iş açılıb, interpolun "qırmızı xәtt"ilə beynәlxalq axtarışa verilib.
O, AzadlıqRadiosuna müsahibəsində deyib ki, 3 min lari (min dollardan çox) girov mәblәğini ödәyәndәn sonra azadlığa çıxması mümkün olub:
"İyunun 19-da Marneuli mәhkәmәsi azadlığa buraxılmam vә azadlıqda olanda müdafiəm məqsədi ilə sübutlar toplaya bilməyimdən ötrü 3 min lari mәblәğindә girov tәyin etdi. Mәn dostların dәstәyi ilә bu girovu ödәyәndәn sonra azadlığa çıxa bildim".
A. Mәmmәdovun sözlәrinә görә, Azәrbaycanda onun barәsindә açılmış cinayәt işi saxtadır vә 2018-ci ildә Gәncә hadisәlәri zamanı öldürülən bir qohumu barәsindә müsahibә verdiyinә görәdir:
"Hәmin müsahibәdә mәn sübut etdim ki, qohumum günahsız olaraq, öldürülüb. Bundan sonra, yaşadığım Tbilisi şәhәrindә mәni vә qohumlarımı izlәmәyә başladılar. Bununla bağlı Gürcüstan prokurorluğuna müraciәt etdim, cinayәt işi qaldırıldı, amma mәni tәqib edәnlәr tapılmadı".
İctiami fәal onu da bildirib ki, 2017-ci ildә Azərbaycandan hüquqi fəliyyəti ilə bağlı tәqiblәrlə üzləşdiyinə görə çıxıb.
A. Mәmmәdov әlavә edib ki, Gürcüstanda hәbs zamanı ondan Azәrbaycana könüllü ekstradisiya olunmasını istəyib-istəməməsi soruşulub, bundan imtina edәndәn sonra isә onu 6 saylı qapalı hәbsxanaya köçürüblər vә orada psixoloji tәzyiqlәrә mәruz qalıb:
"Azadlığa çıxmağıma baxmayaraq, ekstradisiya ilә bağlı işim davam edir. Bundan әlavә, mәn Gürcüstan hökümәtindәn sığınacaq istәmişәm vә bununla bağlı bu yaxınlarda mәhkәmә prosesi olacaq. Gürcüstan Miqrasiya Xidmәti mәnә sığınacaqla bağlı rәdd cavabı vermişdi. Әsas bu idi ki, guya Azәrbaycanda mәni tәhlükә gözlәmir. İndi söz mәhkәmәnindir".
Afdandil Məmmədovun bu iddialarına, hələlik, Azərbaycanın və Gürcüstanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Amma hər iki ölkənin rəsmiləri əsasən onlarda fundamental azadlıqların qorunduğunu bildirirlər. Onlar ölkədə hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti təmsilçilərinə basqıların olması ilə bağlı deyilənləri bir elə də qəbul etmirlər.
Avtandil Mәmmәdov Azәrbaycanda bir sıra hüquq müdafiә tәşkilatları ilə әmәkdaşlıq edib. 2017-ci ildә Gürcüstana köçüb, yerli hakimiyyәtdәn sığınacaq istәyib. 2018-ci ilin oktyabrında Gürcüstanda “Hüquq və Azadlıqların Müdafiə İnstitutu” (HAMİ) adlı hüquq müdafiə təşkilatı yaradıb. Təşkilat Gürcüstanda dövlət qeydiyyatına alınıb, Tbilisi şəhərində fəaliyyət göstərir.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (AR: daha bu vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Amma onun yaxınları bu iddiaları rədd edir. Onun məhkəməsi hələ başlamayıb.
Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Baş Prokurorluğun bir müddət öncə yaydığı məlumata görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan bəzi qrupların məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini tamgünahsız sayıb. Daha bir neçə qrupun məhkəməsi dədavam edir.
Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.
Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilərləhüquq müdafiəçilərinin bu məsələdə dedikləri rəqəmlərüst-üstə düşmür ). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.