Ağcəbədi sakini özünü niyə yandırıb?

Foto arxiv

Ağcabədi rayonunda birnəfərin özünü yandırdığı bildirilir.

APA-nın xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Qəsəbə sakini Ziyaməddin Həsənovun maşınında saxladığı benzini üztünə tökətək özünü yandırdığı bildirilir.

Yanıq xəsarəti alan Ziyaməddin Həsənov Ağcabədi Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının həyatı təhlükədə deyil.

Məlumata görə Ziyaməddin Həsənov ilkin izahatında bildirib ki, özünü ona məxsus torpaq sahəsində qanunsuz qazıntı işləri aparılmasına etiraz olaraq yandırıb.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparır.

Son vaxtlar, ölkə mətbuatında vaxtaşırı intihar hadisələri barədə xəbərlər yayılıe, ölkədə getdikcə intiharların sayının artdığı bildirilir.