Ağdamda xəstəxana əməkdaşları zəhərlənib

Təcili Tibbi Yardım

Avqustun 9-da Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib: "Onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir".

Hazırda zəhərlənmənin səbəbinin araşdırıldığı bildirilir.

Məsələyə, hələlik, xəstəxana əməkdaşlarının özündən münasibət almaq mümkün olmayıb.