Nigaha girmək istəyən 69 nəfərdə QİÇS tapılıb

Bu ilin 6 ayı ərzində nigaha daxil olmaq istəyənlərdən 69 nəfərində QİÇS (AIDS) aşkar olunub.

Bu haqda Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, son yarım ildə nigaha girmək istəyən 64 min 786 şəxs QİÇS-ə görə müayinəyə cəlb olunub.

Səhiyyə Nazirliyi bir neçə gün əvvəl son 6 ayda Azərbaycanda ümumilikdə 306 nəfərin QİÇS-ə yoluxmasının aşkar edildiyini açıqlamışdı.

Yeni aşkarlanan xəstələrin 298-nin Azərbaycan, qalanlarının əcnəbi vətəndaşları olduğu bildirilirdi.

Ümumilikdə dünyada bu virusla 37 milyon nəfər yaşayır, onların əksəriyyəti Afrikadadır.

Hər il AIDS-lə bağlı xəstəliklərdən 1 milyonadək adam öldüyü bildirilir.