Ən çox qazanan aktyorların adı açıqlandı

Jeremy Renner

Forbes jurnalı başa çatmaqda olan 2017-ci ildə ən çox qonorar almış aktyor və aktrisaların reytinqini hazırlayıb.

Birinci yerdə 46 yaşlı Ceremi Rennerdir.

İndiyəcən iki dəfə Oskara namizəd olmuş Rennerin çəkidiyi filmlərin gətirdiyi gəlir onun qonorarından 90 dəfə artıq olub.

Bu baxımdan jurnal bu aktyora qoyulan sərmayəni ən sərfəli investisiya hesab edir.

Renner reytinqin zirvəzinə "Missiyanı yerinə yetirmək mümkünsüzdür" franşizası və başqa rolları hesabına yüksələ bilib.

İkinci və üçüncü yerlərdə Emma Uotson və Skarlet Yohanson qərarlaşıblar.