Azərbaycan prezidenti İlham Əliyev ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova fəxri ad verib.
Ölkə başçısı iyulun 31-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Əli Həsənova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
Sərəncamda Əli Həsənovun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə mükafatladırıldığı bildirilir.
Əli Həsənov 2005-ci ildə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.
2015-ci ildən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisidir.
O 2017-ci ildən həm dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi və həm də şöbə müdiri vəzifəsini tutur.