Makron Əliyevə zəng edib

İlham Əliyev və İmmanuel Makron, Praqa, 20 iyul 2018

Xəbərdə qeyd olunur ki, Fransa prezidenti noyabrın 19-də Ermənistanın baş naziri ilə görüşü barədə İlham Əliyevi məlumatlandırıb

Noyabrın 12-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə İlham Əliyevə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.

Buna da bax: Əliyev Qarabağ erməniləri ilə qeyri-formal təmasların olduğunu deyir

Bundan başqa xəbər də vurğulanır ki, tərəflər Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilmiş Praqa görüşünün nəticələri və bundan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.

Həmçinin bildirilir ki, İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib:

Buna da bax: Sərhədə Aİ missiyası göndərilir

"Dövlətimizin başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb."-xəbərdə deyilir.